Əmanətləri 15% artaraq 792 milyon 913 min manata çatan Bank

14:28 - 14.10.2025


14 oktyabr, Fineko/abc.az. 2025-ci ilin 9 ayı ərzində "Rabitəbank"da əmanətlər 15% artaraq 792 milyon 913 min manat olub.

ABC.AZ Bankın Maliyyə nəticələrinə istinadən xəbər verir ki, fiziki şəxslər üzrə əmanətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 20.1% artaraq 550 milyon 855 min manata, hüquqi şəxslər üzrə əmanətlər isə 4.8% artaraq 242 milyon 58 min manata çatıb.

Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 18.7% artaraq 99 milyon 480 min manata çatıb.

Müəllif: Elmir Murad