15:15 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. Tikinti sektoru Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır, qeyri-neft-qaz sektorunun inkişafında əhəmiyyətli bir sahədir.
ABC.AZ xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı davamlı artım nümayiş etdirir: "2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox ümumi daxili məhsul istehsal olunub. O cümlədən, iqtisadiyyatın qeyri-neft sektorunda 2,9 % artım olub. Bu, dövlətin və özəl sektorun birgə fəaliyyətinin real nəticəsidir. Eyni zamanda ümumi daxili məhsulun ümumi dəyərinin 6,8 %-i tikinti sektorunun payına düşür. Ölkədə qeydiyyatdan keçən müəssisələrin 19 000-dən çoxu və yaxud 8,7 %-i isə məhz tikinti sektorunda fəaliyyət göstərir. Bu sektorun iqtisadi artıma töhvəsi dövlətin infrastruktur layihələrinə və özəl sektorda həyata keçirilən tikinti işlərinə olan investisiyaların artması ilə müşahidə olunur". © Report
8 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
7 Noyabr 2025
6 Noyabr 2025