15:55 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. Rusiyanın “Sberbank”, “Alfa-Bank” və “T-Bank” bankları plastik kartlar olmadan işləyəcək yeni ödəniş sistemi üzərində birgə işə başlayıblar.
ABC.AZ xəbər verir ki, bunun əvəzinə yeni sistem müasir texnologiyalara əsaslanaraq QR kodu, biometriya və Bluetooth ilə ödəmə tətbiq ediləcək.
Yeni sistemin "Mir" ödəniş sisteminə rəqib olmayacağı gözlənilir. Hazırda sözügedən şirkətlər yaxın vaxtlarda Rusiya Bankına təqdim ediləcək konsepsiyanı formalaşdırırlar.
Digər maliyyə təşkilatları da yeni platformaya qoşula biləcəklər. Layihəyə qoyulan investisiyaların həcmi təxminən 10 milyard rubl dəyərindədir.
8 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
7 Noyabr 2025
6 Noyabr 2025