16:27 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. İqtisadi diversifikasiyanın yeni artım mənbələrinin formalaşdırılması üçün keyfiyyətli insan kapitalı və biliklərin tətbiqi zəruridir.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bugünkü dialoqda Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, BMT-nin Azərbaycan nümayəndəliyi, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən universitet rektorları iştirak edib, kifayət qədər məhsuldar müzakirə platforması yaranıb: "Əsas müzakirə mövzuları əmək bazarının dəyişən tələblərinə uyğun insan kapitalının yetişdirilməsi, ölkədə atılan addımlar idi. Təbii ki, tələblər daim dəyişir. Əmək bazarı iqtisadi inkişafın təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İqtisadi diversifikasiyanın yeni artım mənbələrinin formalaşdırılması üçün keyfiyyətli insan kapitalı və biliklərin tətbiqi zəruridir".
H. Hüseynov bildirib ki, keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir.
"Təhsilə investisiyaların artırılması istiqamətində səylər səfərbər olunmalı və bu istiqamətdə müxtəlif məsələlər müzakirə edilməlidir", - deyə müşavir fikirlərini tamamlayıb.
8 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
7 Noyabr 2025