10:20 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. "AFB Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 2,263 milyon manat mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.
9 ay ərzində "AFB Bank"ın gəlirləri 24,119 milyon manat (illik müqayisədə 2,5 % çox), xərcləri 23,071 milyon manat (18,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,215 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə "AFB Bank"ın aktivləri 320,471 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 219,044 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,9 % böyüyüb.
Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 3,2 % artaraq 245,148 milyon manat, o cümlədən depozit portfeli 7,9 % azalaraq 139,795 milyon manat, balans kapitalı isə cüzi azalaraq 75,323 milyon manat olub.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur. (C) Report
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025