11:29 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. Avropa Birliyi Çin şirkətlərini texnologiyanı birliyin ərazisində işin davam etdirilməsi şərti kimi ötürməyə məcbur etmək imkanını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, məlumata görə, bu addım Avropa ölkələrinin sənayesinin rəqabət qabiliyyətini artıracaq. Mənbələr, tədbirlərin avtomobil və akkumulyator bazarı kimi əsas rəqəmsal və istehsal bazarlarına çıxış əldə etmək istəyən Çin şirkətlərinə tətbiq edilməsi planlaşdırıldığını iddia edirlər.
Qeyd edilir ki, Çin şirkətlərindən AB-dən müəyyən miqdarda mal və ya işçi qüvvəsinin istifadəsi, həmçinin birliyin ərazisində məhsulların əlavə dəyərinin artırılması tələb oluna bilər. AB sənayesinin rəqabət qabiliyyətini artırmaq üçün Çin ilə ortaq müəssisələr də yaradıla bilər.
Bloomberg, yeni qaydaların noyabr ayında qüvvəyə minəcəyini iddia edir.
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025