11:36 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. 2025-ci ilin altı ayında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mindən çox olub.
ABC.AZ xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov "Türk dünyasında qadınların gücü" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu da ötən illə müqayisədə təxminən 7 % artım deməkdir:
"2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə məşğul əhalinin 48 %-ni qadınlar təşkil edir. Fəaliyyətdə olan fərdi sahibkarların 23 %-dən çoxu qadındır. 2024-cü ildə təsisçisi qadın olan 2 800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da Azərbaycanda qadın sahibkarlığının inkişaf etdiyini və bundan sonra da inkişaf edəcəyini göstərir".
19 Noyabr 2025
19 Noyabr 2025
19 Noyabr 2025
19 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025