12:01 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. Azərbaycanın "İstisu" mineral içkisinin Belarusa ixracına başlanılıb.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər ixracın həyata keçirilməsi üçün bütün zəruri mərhələləri uğurla reallaşdırıblar.
"Biz "İstisu" mineral içkisini Belarus bazarına çıxarırıq. Müqavilə imzalanıb, Avrasiya İqtisadi İttifaqı çərçivəsində laboratoriya sınaqları və qeydiyyat başa çatıb. Artıq məhsulun ilk partiyasını ixrac etmişik", - T.Hacılı qeyd edib.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025