12:08 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. Çinli iş adamları Azərbaycanda Səhiyyə Texnologiyaları Ticarət Mərkəzi, Süni İntellekt Mərkəzi, Yenilik və Ənənəvi Çin Təbabəti Mərkəzi, həmçinin Uzunömürlülük, Biotexnologiya, Qocalmanın Qarşısının Alınması və İnnovativ Təhsil Mərkəzi qurmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Çinin Sağlamlıq və Tibbi Turizm Assosiasiyasının sədri Cia Şiao Fanq Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.
O ənənəvi Çin təbabətinin 5 000 ildən çox tarixi olduğunu xatırladaraq, əlavə edib ki, bu günə qədər nə Azərbaycan bazarında, nə də Qafqaz regionunda bu sahə üzrə peşəkar tibbi mərkəz mövcud olmayıb: "Bu isə səhiyyə investisiyaları, profilaktika, immunitetin gücləndirilməsi, müalicə və reabilitasiya üçün mühüm potensial deməkdir, xüsusilə Azərbaycanın tibbi turizm bazarı üçün unikal imkan yaradır", - deyə o qeyd edib.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025