12:17 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ton və ya 2,8 % azdır.
Hesabat dövründə konsorsium 14,9 milyon tonu neft ixrac edib. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 0,7 milyon ton və ya 4,5 % azdır.
Bu ilin ilk 9 ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft ixracı 2,1 milyon ton təşkil edib ki, bu da 2024-cü ilin üç rübünün göstəriciləri ilə müqayisədə 0,2 milyon və ya 8,7 % azdır.
Hesabat dövründə ixrac edilən neftin 0,4 milyon tonu isə "Abşeron" yatağının payına düşüb.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025