Samsung, 2025-ci ilin üçüncü rübündə qlobal smartfon bazarında lider olub

14:29 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Samsung, 2025-ci ilin üçüncü rübünün nəticələrinə görə dünyada smartfon satışında lider olub.

ABC.AZ xəbər verir ki, ümumilikdə, bu dövrdə 61,4 milyon cihaz alınıb, bu, bütün dünya tədarükünün 19%-ni təşkil edir.

İkinci yerdə bazar payı 18,2% olan Apple qərarlaşıb, ilk üçlüyü isə 13,5% ilə Çin Xiaomi qapayıb.

Ümumilikdə, bu dövrdə dünyada 322,7 milyon smartfon satılıb ki, bu da illik müqayisədə 2,6% çoxdur.