14:30 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin dəyəri təxminən 274 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ötən ilin iyun ayında keçirilmiş birgə hökumətlərarası komissiyanın 14-cü iclasında təsdiqlənmiş 2024-2025-ci illər üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin fəal inkişafına töhfə verir.
"Azərbaycanın Belarusa ixracı 77 % artaraq 52 milyon ABŞ dollarına çatıb", - T.Hacılı qeyd edib.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025