"Zabrat Maşınqayırma zavodu" ASC-nin nizamnamə kapitalı kəskin azaldılıb

14:57 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azneftkimyamaş" ASC-nin tabeliyində olan "Zabrat Maşınqayırma zavodu" ASC nizamnamə kapitalını 1 775 139 manat və yaxud 25 % azaldaraq 7 100 556 manatdan 5 325 417 manata endirdiyini elan edib.

ABC.AZ Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, ƏMDX bununla bağlı oktyabrın 11-də qərar qəbul edib.

Xatırladaq ki, "Zabrat Maşınqayırma zavodu" 2004-cü ildə yaradılıb.