Şuşaya getmək üçün istifadə olunacaq yol pullu olacaq

15:33 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Əhmədbəyli-Füzuli-Şuşa yolu yaxın zamanlarda tam istifadəyə veriləcək.

ABC.AZ xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, burada 7 tunel, 9 köprü inşa olunub: "Bu, hələlik Azərbaycanda analoqu olmayan bir yoldur və yaxınlarda tam olaraq istifadəyə veriləcək. Verilən bəzi məlumatlara görə, bu ödənişli yol olacaq, amma əminəm ki, buna dəyər. Bu yüksək səviyyəli bir infrastrukturdur".

O əlavə edib ki, Şuşanın i̇nkişafı sürətlə gedir: "Bu prosesin sürətli təmin olunmasında əsas rol, sözsüz ki, infrastruktur layihələrinin həyata keçirməsi olub".