Azərbaycanda 9 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri bu qədər artıb

16:57 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentaybr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 milyard 563,1 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,1 % çoxdur.

9 ayda hüquqi şəxslər əhaliyə 7 milyard 942,9 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.