17:23 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 171,4 milyon manat vəsait yönəldilib.
Naxçıvanın Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 % çoxdur.
9 ay ərzində istifadə olunmuş vəsaitin 49,2 milyon manatı və yaxud 28,7 %-i məhsul istehsalı sahələrinə, 40,3 milyon manatı və yaxud 23,5 %-i xidmət sahələrinə, 81,9 milyon manatı və yaxud 47,8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Bundan başqa, əsas kapitala vəsait qoyuluşunun 138,3 milyon manatı və yaxud 80,7 %-i tikinti-quraşdırma işlərinin payına düşub ki, bu da 1 il əvvələ nisbətən 27,8 % çoxdur.
8 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
7 Noyabr 2025