Oktyabrın 12-nə proqnozlaşdırılan hava haqqında məlumat

15:09 - 11.10.2018


11 oktyabr, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah, oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Abşeronda gecə 14-17, gündüz 18-22,  Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa  yüksələcək, nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarına gəlincə isə, oktyabrın 12-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti təşkil edəcək. 

 

Bütün xəbərlər