09:44 - 16.10.2025
16 oktyabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə axşamı ticarətində etalon markaların qiyməti yüksəlir.
Brent markalı neftin dekabr fyuçersləri ICE Futures birjasında saat 09:21-ə olan məlumata əsasən $0,50 (0,81%) artaraq bir barel üçün $62,41-a yüksəlib. Oktyabrın 15–də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,48 (0,77%) ucuzlaşaraq bir barel üçün $61,91 təşkil edib.
Saat 09:21-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçerslərinin qiyməti $0,48 (0,82%) artaraq bir barel üçün $58,75-a yüksəlib. Oktyabrın 15–də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,43 (0,73%) ucuzlaşaraq bir barel üçün $58,27-a düşüb.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025