Azərbaycanda noutbuk və stolüstü kopüter istehsalı azalıb

11:04 - 16.10.2025


16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 430 ədəd noutbuk, 2 847 ədəd stolüstü kompüter istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,2 % az və 2,8 dəfə çoxdur.

Təkcə sentyabrda isə 482 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 30 dəfə çoxdur. Son üç ayda Azərbaycanda noutbuk istehsal edilməyib.

2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.