11:27 - 16.10.2025
16 oktyabr, Fineko/abc.az. Gələn ay Ağdam rayonuna daha 900 ailənin qayıdacağı gözlənilir.
ABC.AZ-ın məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, bu, hamı üçün böyük və sevindirici xəbərdir. "Əlbəttə, Xıdırlı və Xocavənddə də bu proses davam edir", - deyə xüsusi nümayəndə qeyd edib.
E. Hüseynov əlavə edib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri vahid Baş plan konsepsiyası əsasında həyata keçirilir:
"Son beş ildə baş verən proseslərin şahidi olmaq, Qarabağda bərpa prosesinin bir parçası kimi çıxış etmək böyük qürurdur". © Report
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025