Yeddi ayda 22 hərracda 10,4 milyard manat yerli banklarda depozitə yerləşdirilib

11:42 - 16.10.2025


16 oktyabr, Fineko/abc.az. Bu ilin aprel-oktyabr aylarında təşkil olunmuş 22 depozit hərracında 10,4 milyard manat məbləğində vəsaitin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.

ABC.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, yerləşdirilən vəsait müqabilində 76,9 milyon manat faiz gəliri hesablanıb, həmin faiz gəlirinin vaxtı çatmış 66,6 milyon manatı dövlət büdcəsinə ödənilib.

Bu ilin aprel ayından etibarən vahid xəzinə hesabına sərbəst qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanıb.