Ötən ay Türkiyədə ən çox mənzil alanlaf sırasında 3-cü yerdə İraq vətəndaşları qərarlaşıblar

14:55 - 16.10.2025


16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında  Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub.

ABC.AZ Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, onlara ötən 9 ay ərzində 2 520 mənzil satılıb. Bu, ötən ilin ilk 9 ayı ilə müqayisədə 1 115 ədəd və ya 30,7 % azdır.

Təkcə sentyabrda isə rusiyalılar Türkiyədə 267 mənzil alıblar ki, bu da ötən ilin eyni ayına nisbətən 79 ədəd və yaxud 22,8 % azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. Onlar bu ilin 9 ayında bu ölkədə 1 327 mənzil satılıb ki, bu da illik müqayisədə 228 ədəd və ya 14,7 % azdır. Sentyabrda isə iranlılara 202 mənzil satılıb ki, bu da ötən ilin eyni ayına nisbətən 39 mənzil və yaxud 23,9 % çoxdur.

Ötən ay 3-cü yerdə İraq vətəndaşları qərarlaşıblar. Onlar ötən ay ilk 3-lükdəki Almaniya vətəndaşlarını qabaqlayıblar. Belə ki, yanvar-sentyabr aylarında Almaniya vətəndaşları Türkiyədə 929 mənzil sahib olublar. Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 42 mənzil və ya 4,7 % çoxdur.

Ötən ay isə iraqlılar Türkiyədə 146 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayına nisbətən 7 mənzil və yaxud 5 % çoxdur.