ABŞ Maliyyə Nazirliyi: ABŞ administrasiyası Yaponiyadan Rusiya neftindən imtina etməsini gözləyir

15:14 - 16.10.2025


16 oktyabr, Fineko/abc.az. ABŞ administrasiyası Yaponiyadan Rusiya neftinin alınmasından imtina etməyi gözləyir.

ABC.AZ xəbər verir ki, bu barədə oktyabrın 16-da ABŞ maliyyə naziri Skott Bessent Yaponiya Maliyyə Nazirliyinin rəhbəri Katsunobu Kato ilə görüşdə bildirib.

Bessentin X sosial media hesabında yazdığı kimi, görüşdə "ABŞ-Yaponiya iqtisadi münasibətləri ilə bağlı vacib məsələlər və administrasiyanın Yaponiyanın Rusiya enerji idxalını dayandıracağına dair gözləntiləri" müzakirə edildi.

Bessentin sözlərinə görə, enerji məsələsi ilə yanaşı, Yaponiya həmkarı ilə investisiya əməkdaşlığı mövzularına da toxunulub.