12:14 - 17.10.2025
17 oktyabr, Fineko/abc.az. Nestle irkəti, xərclərini azaltmaq və istehsal səmərəliliyini artırmaq üçün 2027-ci ilə qədər 16.000 işçini azaltmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin saytındakı açıqlamada deyilir.
Şirkət əvvəlcə müxtəlif bölgələrdə müştərilərlə işləyən 12.000 işçini azaltmaq niyyətindədir. Şirkətin baş direktoru Filipp Navratil, belə bir qərarın Nestle'nin hər il təxminən 1 milyard frank (1,2 milyard dollar) qənaət etməsinə imkan verəcəyini iddia edir. Daha sonra istehsal və tədarük səmərəliliyini artırmaq üçün daha 4000 nəfər işdən çıxarılacaq.
Nestle qida istehsal edən İsveçrə korporasiyasıdır. 1866-cı ildə təsis edilmiş bu şirkət, KitKat, Maggı, Nesquik və Nestea kimi brendlər altında məhsullar istehsal edir.
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025