12:17 - 17.10.2025
17 oktyabr, Fineko/abc.az. Media nümayəndələri Naxçıvandakı Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ilə tanış olublar.
ABC.AZ xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə muxtar respublikaya mediatur davam edir.
Mediatur çərçivəsində media nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ilə tanış olublar.
Qeyd edilib ki, Ağbulaq Şahbuz rayonundan 6 km aralıda yerləşir. Vurğulanıb ki, əvvəlki adı Gecəzur olub.
Daha sonra media nümayəndələri istirahət mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Müəllif: Elmir Murad






9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025