ABŞ-ın büdcə kəsiri 2022-ci ildən bəri ilk dəfə azalıb

15:44 - 17.10.2025


17 oktyabr, Fineko/abc.az. 2025-ci maliyyə ilinin nəticələrinə görə, ABŞ-ın federal büdcə kəsiri 1,78 trilyon dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,3% azdır.

ABC.AZ xəbər verir ki, gəlirlər, əsasən gömrük rüsumlarının artması səbəbindən 6 % artaraq rekord 5,23 trilyon dollara çatıb. Xərclər də maksimuma çatıb (7,01 trilyon dollar), lakin təhsil xərclərinin azaldılması səbəbindən artım yavaşlayıb.