Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 56 mini keçib

17:09 - 17.10.2025


17 oktyabr, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 003 borcalana 3 milyard 680,066 milyon manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 642 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 8 256 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.