12:12 - 21.10.2025
21 oktyabr, Fineko/abc.az. İranın Şərqi Azərbaycan əyalətindəki əsas turistik yerlərindən biri olan unikal Kanduvan qaya kəndi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər. Kənd, artıq BMT-nin Ümumdünya Turizm Təşkilatının diqqətini cəlb edib.
ABC.AZ xəbər verir ki, Kanduvan kəndi, 2023-cü ilin oktyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Ümumdünya Turizm Təşkilatının (UNWTO) qurultayında artıq "Dünyanın ən yaxşı turizm kəndi" adına layiq görülmüşdür.
UNWTO seçimi asan deyildi. Belə ki, mütəxəssislər mədəni irsin qorunması, iqtisadi və sosial davamlılıq, ətraf mühitin qorunması və davamlı turizmin inkişafını qiymətləndirərək dünyanın 65 ölkəsindən 250-dən çox kəndi qiymətləndirdikdən sonra bu qərara gəliblər.
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025