Bu Fondun investisiya portfelində alətlərin payı 1,3 faiz bəndi artıb

15:39 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istiqrazlar və digər pul bazarına yatırdığı investisiyaların 14,4 %-i 1 ilə qədər müddətə olan alətlərə yerləşdirib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, investisiyaların 27,7 %-i 1 ildən 3 ilə qədər, 30,5 %-i 3 ildən 5 ilə qədər, 27,4 %-i isə 5 ildən artıq müddətə olan alətlərə yatırılıb.

Fondun investisiya portfelində 2024-cü ilin oktyabrın 1-nə olan göstəriciləri ilə müqayisədə 1 ilə qədər müddətə olan alətlərin payı 1,3 faiz bəndi artıb.

Eyni zamanda, 1 ildən 3 ilə qədər müddətə olan alətlərin payı 1,6 %, 3 ildən 5 ilə qədər müddətə olan – 4,2 faiz bəndi artıb.

Portfeldə 5 ildən artıq müddətə olan alətlərin payı 31,3 %-dən 27,4 %-ə qədər azalıb.