"Regional" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib

15:52 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. 19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

ABC.AZ  BFB-yə istinadla xəbər verir ki, qeyd olunan AZ2004023407 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində yekunlaşmışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı :"Regional" BOKT MMC

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli hərrac

İstiqrazların sayı:10,000 (ədəd)

İlkin ticarət qiyməti:100 manat

İstiqrazların buraxılış həcmi:1,000,000 manat

Kupon faizi:16%

Ödəmə Periodu:İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti: 2 il

Hərrac qiyməti: 100 manat

Reallaşdırılmış həcm: 1,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):1,000,000 manat

İnvestor sayı: 54

Sifariş sayı:54

Anderrayter: “Xalq Kapital İnvestisiya Şirkəti” QSC