17:05 - 24.10.2025
24 oktyabr, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Ağdam və Ağdərə rayonlarında da kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
Onun sözlərinə görə, sentyabrın 1-dən ölkə Prezidentinin fərmanına əsasən, işğaldan azad edilmiş Xocavənd, Xocalı və Laçın rayonlarında 4 000 hektardan çox ərazinin sahibkarlara icarəyə verilməsi ilə bağlı müsabiqə elan olunub və sənəd qəbulu 15 oktyabrda başa çatıb: "Bu günə qədər 68 identifik müraciət qeydə alınıb".
Nazir müavini vurğulayıb ki, bu istiqamətdə fəaliyyət göstərən müsabiqə komissiyası mövcuddur.
"Təkliflər konfidensial şəkildə qapalı zərflərdə toplanır. Hazırda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə komissiya həmin təklifləri qiymətləndirir və seçilən iştirakçılara torpaqların icarəyə verilməsi barədə qərar qəbul ediləcək", - deyə o qeyd edib. ©Report
5 Dekabr 2025
5 Dekabr 2025
5 Dekabr 2025