12:04 - 27.10.2025
27 oktyabr, Fineko/abc.az. Yaponiyanın Nikkei Stock Average indeksi tarixdə ilk dəfə 50.000 baldan yuxarı qalxaraq 50.491-ə çatıb.
ABC.AZ xəbər verir ki, artım ABŞ və Çin arasındakı gərginliyin azalması və FED-in dərəcəsinin aşağı düşməsi gözləntilərindən qaynaqlanır.
Texnologiya və müdafiə şirkətlərinin səhmləri böyümə liderləri olub: Advantest 5%-dən çox, SoftBank — 4%, Kovasaki Heavy Industries 7% bahalaşıb.
İnvestorlar Çin ixrac məhdudiyyətlərinin mümkün təxirə salınması və rüsumların azaldılması xəbərini müsbət qarşıladılar. Valyuta bazarında yen dollara və avroya qarşı zəifləyib, sonuncusu üçün tarixi minimuma çatıb.
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025