Dövlət büdcəsindən 9 ayda bu Fonda ayrılmış vəsait 47.8 milyon manat təşkil edib

17:07 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. 2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, 2025-ci ilin ilk 9 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış vəsait 47.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azdır.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvəzində Fond tərəfindən yerləşdirilmiş istiqrazların həcmi 450 milyon manatdan 550 milyon manata qədər yüksələrək illik 22 faiz artım göstərib.

Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin ümumi məbləği 354.4 milyon manat olub, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır.

Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri isə demək olar sabit qalıb – 306.4 milyon manat. Ümumilikdə, 1 oktyabr 2025-ci il tarixinə bankların ipoteka kreditləri portfeli 4 milyard 430.2 milyon manata çatıb.

Bu göstərici ötən ilin eyni tarixindəki 4 milyard 145.3 milyon manatla müqayisədə 7 faiz artım deməkdir.