İlham Əliyevin bu Avropa ölkəsinə səfəri gözlənilir

12:15 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç jurnalistlərə açıqlamasında deyib.

Sədr müavini bildirib ki, bu səfərin ardınca Serbiya lideri Aleksandr Vuçiçin də Azərbaycana cavab səfəri olacaq.