Bakıda daha bir ərazidə binalar plana düşüb

10:10 - 30.10.2025


30 oktyabr, Fineko/abc.az. Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanır.

ABC.AZ xəbər verir ki, söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir. Köhnə tikili binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.

Layihəni həyata keçirən “Kursus Nizami” MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni 16 mərtəbəli binalar əvəzləyəcək.

Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar. ©Xəzərxəbər