Azərbaycanda ən az pul xərcləyən xarici ölkə vətəndaşları - Siyahı

10:56 - 31.10.2025


31 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2025-ci ilin ilk üç rübündə Azərbaycana ümumilikdə 1 milyon 948,2 min gələn turistlər 2 milyard 516 milyon manat xərcləyiblər.

ABC.AZ-ın məlumatına görə, ilk beşlikdə Kanadadan (2 206 manat), Küveytdən (2 114 manat) və Birləşmiş Ərəb Əmirliklərindən (2 054 manat) gələn turistlər qərarlaşıb. Ümumilikdə Körfəz ölkələrindən – xüsusilə Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-dən gələn səfərlərin sayı və xərcləri digər regionlarla müqayisədə daha yüksək olub.

Ən az xərcləyənlər isə qonşu ölkələrdən gələn turistlərdir – Türkiyədən gələnlər adambaşına orta hesabla 778 manat, Gürcüstandan gələnlər isə 752 manat xərcləyiblər. İran turistləri isə ən aşağı göstərici ilə fərqləniblər – cəmi 108 manat.