15:50 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az. Azərbaycan və Belçika Müəssisələri Federasiyası arasında qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması imkanları müzakirə edilib.
ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir müavini Səməd Bəşirli və Belçika Müəssisələri Federasiyasının prezidenti, "FiB Belgium" şirkətinin icraçı direktoru Rene Branders ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycanın Belçika Krallığı ilə əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb, keçirilən görüş və tədbirlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyət kəsb etdiyi qeyd olunub. Belçika ilə ticarət, sənaye, enerji, nəqliyyat və digər istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Belçikalı investorlar ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət olunub.
Tərəflər Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması və ixrac missiyalarının təşkili imkanlarını dəyərləndiriblər.
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025