AMB-nin valyuta ehtiyatları 11 milyard 368,3 milyon dollara çatıb

15:36 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Bu il noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 368,3 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ tənzimləyici quruma istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,7 % artıb, son 1 ildə isə demək olar ki, dəyişməyib.