2025-ci ildə Rusiya ilə ÇXR arasında turist axını 30% artacaq

17:03 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Rusiya ilə Çin arasında qarşılıqlı turizm axını 2025-ci ilin yekunlarına görə ötən illə müqayisədə 30% artaraq 3,5 milyon səfər təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bu göstəricilərə nail olmaq üçün Rusiya infrastrukturu fəal şəkildə inkişaf etdirir və Çinli turistlərin üstünlüklərinə yönəlmiş rahat bir mühit yaradır. Bu, o cümlədən otaq fondunun artırılması, cəlbedici nöqtələrin yaradılması və modernləşdirilməsi, nəqliyyat infrastrukturunun inkişafıdır. China Friendly standartının tətbiqi proqramı sayəsində Çinli turistlərə xidmət keyfiyyətinin yaxşılaşdırılması üzərində iş gedir, deyə nazirlik bildirib.