Qeyri-neft-qaz gəlirləri ilə təminatı üzrə ortamüddətli proqnozlar təqdim edilib - Palata sədri

17:07 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir.

ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

O qeyd edib ki, qeyri-neft gəlirlərinin proqnozlaşdırılmış məbləği büdcə qaydasının müvafiq göstəricilərinin hesablanmasında, həmçinin büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təminatının müəyyən edilməsində istifadə olunur:

"Müsbət haldır ki, ilk dəfə olaraq, İzahat sənədində cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə təminatı üzrə ortamüddətli proqnozlar təqdim edilib. Bununla belə, hesab edirik ki, qeyri-neft gəlirlərinin hesablanması zamanı beynəlxalq təcrübədə tətbiq edilən metodoloji tələblər nəzərə alınmalı, "Büdcə sistemi haqqında" qanunda da bu istiqamətdə dəqiqləşdirmələr aparılmalıdır". ©Report