Türkiyənin “Fergani Space” şirkəti orbitə ikinci peyk göndərib

10:21 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. Baykar-ın Direktorlar Şurasının sədri Selçuk Bayraktar tərəfindən qurulan Özəl Türk kosmik şirkəti “Fergani Space”, ikinci FGN-100-D2 peykini uğurla buraxdı.

ABC.AZ xəbər verir ki, bu, Türkiyənin ən iri özəl sektor peykidir və tamamilə milli texnologiyalarla hazırlanmışdır.

104 kq ağırlığında olan aparat noyabrın 2-də SpaceX Bandwagon-4 missiyası çərçivəsində Canaveral burnundan orbitə çıxarılıb. Peyk buraxılışdan 74 dəqiqə sonra raket daşıyıcısından uğurla ayrılıb və ilk telemetrik məlumatları ötürüb.