11:40 - 5.11.2025
5 noyabr, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp, astronavt və milyarder və SpaceX-in qurucusu İlon Maskın dostu Cared Ayzekmanın NASA administratoru vəzifəsinə namizədliyini yenidən irəli sürdüyünü bildirib. Bu, Ayzekmanın ilk namizədliyinin geri qaytarılmasından beş ay sonra baş verib.
ABC.AZ xəbər verir ki, orbitə iki dəfə uçmuş, e-ticarət maqnatı Ayzekmanın kosmik agentliyin rəhbəri vəzifəsinə namizədliyi, may ayının sonunda Tramp və Mask arasındakı böyük mübahisədən sonra rədd edilmişdi. ABŞ Nəqliyyat Departamentinin rəhbəri Şon Daffi, iyul ayında NASA-nın müvəqqəti rəhbəri təyin edilmişdi.
Daffi, SpaceX rəqiblərinə Ay müqaviləsi uğrunda yarışmağı təklif edəndən sonra Mask, "kosmik proqram icraçısının IQ-sü ikirəqəmli ola bilməz" deyərək onu lağa qoymuşdu və bundan iki həftə sonra Tramp Ayzekmanın namizədliyini irəli sürmüşdü.
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025