Coca-Cola şirkəti Rusiyada "Koka-Kola" və "Sprayt" ticarət nişanlarını qeydiyyata alıb

14:09 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. Amerikanın “Coca-Cola” şirkəti Rusiyada "Koka-Kola" və "Sprayt" ticarət nişanlarını qeydiyyata alıb.

ABC.AZ xəbər verir ki, hər iki ticarət markası müraciəti 23 aprel 2025-ci ildə ABŞ-dan "The Coca-Cola Company" tərəfindən təqdim edilmişdi.

Nişanlar 10 il müddətinə qeydiyyata alınır. 2022-ci ilin mart ayında Amerikanın alkoqolsuz içki istehsalçısı Coca-Cola şirkəti Rusiya Federasiyasında fəaliyyətini dayandırmışdı, lakin Rusiya mağazalarında digər ölkələrdən gətirilən Coca-Cola içkilərini almaq olardı.