Gələn il bu Fondun xərclərinin 266,4 milyon manat olacağı gözlənilir

15:50 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun adı dəyişdirilərək Məşğulluq və İşsizlikdən Sığorta Fondu adlandırılmalıdır.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil etdiyi qurumun parlamentin Əmək və sosial siyasətin komitəsi ilə birgə iclasında bildirib.

"Gələn il Fondun xərclərinin 266,4 milyon manat olacağı gözlənilir ki, bunun da 77 milyon manatı, yəni 30 %-ə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri isə 28 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10,5 %-i deməkdir. Göründüyü kimi, Fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəldildiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi onun fəaliyyət istiqamətlərinə və fəlsəfəsinə daha uyğun olardı", - deyə o qeyd edib. ©Report