10:27 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. Noyabrın 6-da Bakının Səbail və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
ABC.AZ "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması və "8-ci Mədən" QTM-in daxilində aparılacaq təmir işləri ilə əlaqədar sabah, saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Təmir işləri aparılan müddətdə Xətai rayonunun H.Salmani küçəsinin, Səbail rayonunun isə Neftçilər prospektinin, Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Z.Əliyeva, İstiqlaliyyət, R.Rza küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - "Azəriqaz" bildirir.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025