Azərbaycanda müflis banklar yenə əmlak və torpaq vergisi ödəməyəcək?

12:15 - 6.11.2025


6 noyabr, Fineko/abc.az. Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların əmlak və torpaq vergisindən azad edilməsi müddəti uzadıla bilər.

ABC.AZ xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliyə əsasən, həmin müddətin 2019-cu il yanvarın 1-dən 12 il olması nəzərdə tutulur. Hazırda həmin müddət 7 ildir.