14:55 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. Azərbaycanda siqaret və siqarların aksiz dərəcələri artırıla bilər.
ABC.AZ xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar), eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədin aksiz dərəcələrinin 45,5 manatdan 55 manata çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, adətən belə hallarda ya siqaretin qiyməti təbii olaraq, ya da işbazlar tərəfindən süni olaraq artırılır.
Bu isə o deməkdir ki, aksiz dərəcələrinin artırılması xəbərindən sonra da işbazlar bundan istifadə edib siqaretin qiymətini artıra bilərlər.
Bundan əvvəl də bir neçə dəfə belə halların baş verdiyini nəzərə alsaq, aydın olur ki, yaxın zamanlarda siqaretin qiymətinin bahalaşması qaçılmazdır.
Müəllif: Elmir Muradov
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025