Maaşı artıran və yeni iş yeri yaradan sahibkarlara güzəştlər olunsun - Deputatdan təklif

15:48 - 6.11.2025


6 noyabr, Fineko/abc.az. Azərbaycanda minik avtomobillərinin      Azərbaycanda əməkhaqqını artıran və yaxud yeni iş yeri yaradan sahibkarlara vergi və sosial sığorta ödəmələrində 50 % güzəşt tətbiq edilməlidir.

ABC.AZ xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu güzəştlər iş adamlarına əməkhaqqı artımlarında qeyri-rəsmiliyə qaçmamağa stimul ola bilər. Çünki sahibkarlar maaş artımlarında daha çox vergidən yayınmaq üçün qeyri-şəffaflığa meyl göstərirlər", - deyə o qeyd edib. ©Report