16:24 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında “BTC Ko.” şirkəti “Bakı-Tbilisi-Ceyhan” neft boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənmişdir.
Bu barədə ABC.AZ bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir.
Qeyd edilir ki, 2024-cü ilin eyni dövründə əməliyyat xərcləri 104 milyon dollar, əsaslı xərclər isə 28 milyon dollar təşkil etmişdi. Beləliklə, illik ifadədə əməliyyat xərcləri 6,7 faiz azalıb, əsaslı xərclər isə 1, 8 faiz artıb.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
10 Dekabr 2025
10 Dekabr 2025
11 Dekabr 2025