Rusiya və İran Çabahar limanı və Xəzər marşrutlarının inkişafı üzrə əməkdaşlığı müzakirə ediblər

17:20 - 6.11.2025


6 noyabr, Fineko/abc.az. İran tərəfi Rusiya şirkətlərinin Fars körfəzindəki Çabahar limanının inkişafında iştirakında maraqlıdır.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyi, qurumun rəhbərinin müavini Dmitri Zverevin İran liman və gəmiçilik təşkilatının rəhbəri Saed Rasuli ilə görüşündən sonra məlumat verib.

Görüşdə Xəzər dənizi üzrə daşımaların həcminin artırılması məsələləri müzakirə olunub, Transxəzər Şimal-Cənub marşrutu üzrə multimodal daşımaların inkişafı üzrə əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi qeyd edilib.

"Prioritetlərdən biri yüklərin Xəzər dənizi limanlarına fasiləsiz çatdırılması, həmçinin liman yaxınlığında dəmir yolu və avtomobil magistrallarının qrulmasıdır. İran tərəfi Fars körfəzində Çabahar limanının inkişafında Rusiya şirkətlərinin iştirakında maraqlıdır", - deyə məlumatda bildirilir.